Modern.az

Türkiyədə ölüm hökmünün bərpası reallaşır

Türkiyədə ölüm hökmünün bərpası reallaşır

24 Fevral 2017, 22:27

Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə bununla bağlı referendum keçirilə bilər. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa əyalətində keçirilən mitinqdə bildirib.

Prezident vurğulayıb ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edər: “Lakin problem ondadır ki, belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Əgər xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq".

Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub