Modern.az

Tramp Rusiya və İrandan narazılıq etdi: “Hərbi xərclərimiz kəskin artmalıdır”

Tramp Rusiya və İrandan narazılıq etdi: “Hərbi xərclərimiz kəskin artmalıdır”

24 Fevral 2017, 23:57

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi potensialını artıracaqlarını bəyan edib.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Pentaqona ölkə tarixində misli görünməmiş miqdarda büdcə ayrılacağını və silahlı qüvvələrin kəskin modernləşdiriləcəyini açıqlayıb.

 

“Hərbi xərclərimiz kəskin artmalıdır. Heç kəs Vaşinqtona meydan oxumaöa cürət etməməlidir”.

 

 

Bundan başqa, Tramp ölkənin nüvə potensialının da artırılacağını deyib.

 

“Heçm bir ölkədə nüvə silahının olmaması əla olardı. Amma əgər nüvə silahı varsa, ABŞ bütün dünyadan öndə durmalıdır. Hətta dost ölkələrdən belə nüvə potensialında geri qalmamalıyıq”.

 

 

O həmçinin, İranla nüvə razılaşmasını və Rusiya ilə yaxın və orta mənzilli raketlərlə bağlı bağlanmış müqavilələri Obama administrasiyasının böyük səhvi adlandırıb.

 

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?