Modern.az

İki qardaşın torpaq davası

İki qardaşın torpaq davası

25 Fevral 2017, 00:26

Tovuzda torpaq üstündə qardaşlar arasında dava düşüb. Modern.az APA-ya istinaən xəbər verir ki, torpaq üstündə  dalaşan iki qardaşdan biri xəsarət alıb. Rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir