Modern.az

Bir sıra media təmsilçiləri Ağ evə buraxılmadı

Bir sıra media təmsilçiləri Ağ evə buraxılmadı

25 Fevral 2017, 00:38

ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Məlumata görə, CNN-dən başqa “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

 Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.

 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır