Modern.az

Ölkədəki cərrahların, ginekoloqların SAYI

Ölkədəki cərrahların, ginekoloqların SAYI

25 Fevral 2017, 10:39

 

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda fəaliyyət göstərə həkimlərin və orta tibb işçilərinin sayı açıqlanıb.

 

Komitədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə bütün ixtisaslardan olan 32 458 həkim var.

 

Onlardan 8 212 nəfəri terapevtlər, 3 493 nəfəri cərrahlar, 1 884 ginekoloqlar,   3 882 nəfəri pediatrlar, 900 nəfəri oftomoloqlar, 505 nəfəri otolarinqoloqlar, 986 nəfəri nevropatolqolar, 311 nəfəri psixiatrlar, 91 nəfəri narkoloqlar, 284 nəfəri ftiziatorlar, 528 nəfəri dermato-veneroloqlar, 1 309 nəfəri şüa diaqnostikası üzrə həkimlər, 117 nəfəri idman-müalicə həkimləri, 2 641 nəfəri stomatoloq və diş həkimləri, 1 132 nəfəri gigiyena-epidemioloqlar, 6 183 nəfəri digər xəstəliklər üzrə həkimlərdir.

 

Bundan başqa, respublika üzrə fəaliyyət göstərən orta tibb işçilərinin ümumi sayı 54 900 nəfərdir. Onlardan 3429 nəfəri feldşer, 5074 nəfəri akuşer, 38013 nəfəri tibb bacısı, 3678 nəfəri feldşer-laborant, 614 nəfəri rentgeno-laborant, 4092 nəfəri isə digər işçilərdir.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi