Modern.az

Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar etdi

Bakıda şəkər xəstəsi olan qadın özünü yandıraraq intihar etdi

25 Fevral 2017, 11:23

Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib. 

H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir