Modern.az

Ağdamda gərgin GECƏ: ermənilər evləri atəşə tutub -  icra başçısından AÇIQLAMA

Ağdamda gərgin GECƏ: ermənilər evləri atəşə tutub -  icra başçısından AÇIQLAMA

25 Fevral 2017, 11:28

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Modern.az cəbhə xəttində yerləşən rayonlardakı vəziyyəti öyrənməyə çalışıb.

 

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Modern.az-a hazırda rayonda vəziyyətin sabit olduğunu açıqlayıb:

 

“Gecə saat 4 radələrində gərginlik yaşandı. Əsasən də Qaradağlı və Çəmənli kəndlərindən evində xəstəsi, yaşlısı, uşağı olanlar geri-mərmi tutmayan yerlərə çəkilmişdilər. Mən özüm gərginlik vaxtı insanlarla bir yerdə idim. Səhər sabitlik yaranandan sonra, təxminən 6 radələrində hər kəs evinə qayıtdı”.

 

R.Məmmədov bildirib ki, evlərə heç bir zərər dəyməyib, həmçinin mülki əhalidən zərər çəkən olmayıb.

 

Fizuli rayon icra başçısının köməkçisi Eltun Ağakişiyev Modern.az-a hazırda rayonda vəziyyətin stabil olduğunu deyib. O, əhalinin gündəlik əkin-biçin işlərilə məşğul olduğunu qeyd edib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir