16 dekabr 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Əli bəy Hüseynzadənin Əhməd bəy Ağaoğluna sevgi və sirlərlə dolu bir məktubu
Əli bəy Hüseynzadənin Əhməd bəy Ağaoğluna sevgi və sirlərlə dolu bir məktubu
25.02.2017, 11:42

Türk dünyasının ictimai fikir tarixində parlaq iz buraxmış iki nəhəng simasını- Əli bəy Hüseynzadəni (24 fevral 1864, Salyan —17 mart 1940, İstanbul) və Əhməd bəy Ağaoğlunu (1869, Şuşa, 19 may 1939, İstanbul) nəsillərə örnək olacaq əqidə, amal, ailə dostluğu birləşdirirdi. İki böyük xadimin bu sarsılmaz münasibətini görkəmli alim, Azərbaycan Xalq Cümhuriyyət dövrünün, istiqlal məfkurəsinin və mücahidlərinin həyat və fəaliyyətlərinin  fədakar və yorulmaz tədqiqatçısı prof. Vilayət Quliyev sərrast və obrazlı ifadə etmişdir: Hər şeyin fövqündə dayanan dostluq haqqında hərarətli himn!

İki dühanın məktubları- yazışmaları onların arasındakı dostluq münasibətlərin parlaq göstəricisidir. Prof. Vilayət Quliyev “Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu” adlı tədqiqatında( “525-ci qəzet”,18 mart 2014) məktubları “səmimiyyətə və əməl birliyinə, anlaşmaya, uyuma verilən böyük dəyər” adlandırır və təəssüflə, yanğı ilə  bildirir ki, bu birgəliyə şahidlik edən sənədlərin –məktubların əksəriyyəti isə, təəssüf ki, ədəbiyyat və mədəniyyət tariximiz üçün həmişəlik itirilmişdir.

 

Xoşbəxtlikdən  həmin məktubların biri yazıldığı tarixdən az qala bir əsr sonra da olsa,tapılmışdır. 2015- ci ilin aprel ayının söhbətidir. Azərbaycanın və Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış tərcüməçi, istedadlı  rəssam və heykəltəraş Təktaş Ağaoğlunun İstanbuldakı mənzilində babasının həyat və fəaliyyəti ilə bağlı sənədləri -qəzet, jurnalları, əlyazmaları, dəftər və kitabları saf-çürük edərkən çox qiymətli sənədlərlə, ocümlədən məktublarla  rastlaşmışdıq.  Əhməd Ağaoğlunun Malta sürgünündən ailəsinə ünvanladığı 20-dən çox məktub böyük təəssürat oyatmışdı. Yeri gəlmişkən qeyd edək ki, bizim Əhməd Ağaoğlunun arxiv sənədlərini Bakıya gətirmək məqsədi ilə  İstanbula səfəriimiz prof.dr. Əli Yavuz Akpinarın və Azərbaycan mədəniyyətinin yaxın dostu, tədqiqatçı Ömər Özcanın  məsləhəti, tövsiyəsi ilə, Xalq yazıçısı, Baş nazirin müavini Elçin Əfəndiyevin  bilavastə səyi sayəsində  gerçəkləşmiçdi. Təktaş Ağaoğlunun təmənnasız olaraq verdiyi sənədləri biz Türkiyədən gətirərək  Mlli Arxiv İdarəsinə təhvil verdik.

 

Təktaş Ağaoğlu bir müddət sonra daha bir neçə sənədi, o cümlədən haqqında bəhs edəcəyimiz məktubu da verməyi qərara almışdır. Həmin məktubu Əli bəy Hüseynzadə  1926- cı ilin aprel ayında   İstanbuldan ovaxtlar Ankarada yaşayan əməl,  əqidə və ailə  dostu Əhməd bəy Ağaooğluna yazmışdır.  Vaxtında hər sətrindən sevgi və səmmimiyyət yağan şəxsiməktub bu gün  ictimai, tarixi əhəmiyyət kəsb edir. Tariximizin iki böyük şəxsiyyətinin münasibətlərinə şahidlik edən həmin məktub  Bakı sakinlərinin həyat və düşüncə tərzi, şəhərin ictimai-mədəni həyatı haqqında da müəyyən təəssürat yaratmaqla yanaşı maraqlı, sirri açılmamış çoxsaylı suallar da doğurur:

 

-Məktubda Əli bəyin tez-tez adını çəkdiyi Əhməd bəy Ağaoğlunun qardaşı Hüseyn bəyin sonrakı həyatı necə olmuşdur? Bəlkə sahibkarkarlığına görə həbs olunmuş, sürgün edilmiş, bəlkə..

 

-Əli bəy Hüseynzadənin böyük məhəbbətlə “Çocuq şeir oxuyor, şərqi söylüyor, piano çalıyor, dans ediyor, tiyatro səhnəsində rol oynaya biliyor. Hətta bəzən Bakü xalqına konser veriyor! Bənim üçün pianoda kəmali-sühulət və məharətlə Cavanlar İttifaqını, Pedaqoqu çaldı. Hətta yenə piyanoda bir də bir Segâh dinlətdi. Sonra da Mustafa Kamal Marşını çalaraq eyni anda güftəsini [sözlərini] tərənnüm etdi! Bu qız oxuyub yazıyor da. Bənim xatirə dəftərimə Gültəkin üçün bir şeylər yazdı”-  deyə vəsf etdiyi, Ə. Ağaoğlunun  Gültəkinlə yaşıd ola biləcəyini güman etdiyimiz  Hüseyn bəyin qızı Saranın sonrakı taleyi necə olmuşdur? Heç ola bilməz ki, bu nadir talantlı qız izsiz-tozsuz yoxa çıxsın!

 

-Məktubda adı çəkilən və Kiyevdə təhsil alan Baxış sonradan Bakıya qayıtmışdırmı? Doktor Bəhram bəy, öz əli ilə Qarabağ yeməkləri bişirən Yaqub bəy, onun qardaşı kimlərdir?

Oxucular və elmi ictimaiyət üçün maraqlı olacağı düşüncəsi ilə sirlərlə dolu məktubu olduğu kimi təqdim edirik. Bəzi sözlərin mötərizələrdə verilmiş izahları müəlliflərindir. 

 

Pərşəmbə (cümə axşamı), 1 nisan [aprel] 1926, İstanbul

Əzizim Əhməd Bey!

 

Baküdə bir ay qədər qaldıqdan, gunagun [müxtəlif] müşahidat və intibaat  [müşahidələr və təəssüratlar] ilə dolu canlı bir həyat keçirdikdən sonra martın 27-inci cümə ertəsi günü Odessa təriqiylə [yolu ilə] İstanbula avdət etdim [qayıtdım]. Yazıq ki, səni burada bulamadım. Bir- iki gün bənim avdətimdən əvvəl sən Ankaraya dönmüş oldun. Yoxsa, sənə söyləyəcək pek çox həvadisim var idi. Fəqət məalməmnuniyyə [məmnuniyyətlə] qəribən [yaxında] təkrar İstanbula gələcəyini xəbər aldım. O zaman ariz və amiq [ətraflı olaraq] qonuşuruz… Baküdə bir kaç dəfələr biradərin Hüseyn bəylə bürosunda görüşməyə, bir dəfə də xanəsində çoluq çocuğuyla bərabər paxlavalı, şəkərburalı çay masası ətrafında həsbihala müvəffəq oldum. Aman, Allah bağışlasın, bilsən, nə qədər sevimli çocuqlar! Xeyir, çocuq deyil, cümlesi, kiçik Saradan başqa, yetişmiş, adam olmuş övlad! Yalnız Baxış bəy aralarında yoxdu. Çünki tibb təhsilini ikmal üçün təkrar Kiev darülfünununa avdət etmiş. Hüseyn bəyin xanəsində keçirdiyim axşam, adəta gözəl bir müsamerei-ədəbiyyə və musiqiyyə [ədəbiyyat və musiqi gecəsi] idi. Bu müsamərənin birinci qəhrəmanı da Hüseyn bəyin 7-8 yaşındakı kiçik qızı Sara idi. Əhməd bəy, məktubumun bu qismini Gültəkin xanım iyi dinləsin. Hüseyn bəy amcasının bu qızı mükəmməl bir artistdir. (это чудо-ребенок / jest un enfant merveille) Çocuq şeir oxuyor, şərqi söylüyor, piano çalıyor, dans ediyor, tiyatro səhnəsində rol oynaya biliyor. Hətta bəzən Bakü xalqına konser veriyor! Bənim üçün pianoda kəmali-sühulət və məharətlə Cavanlar İttifaqını, Pedaqoqu çaldı. Hətta yenə piyanoda bir də bir Segâh dinlətdi. Sonra da Mustafa Kamal Marşını çalaraq eyni anda güftəsini [sözlerini] tərənnüm etdi! Bu qız oxuyub yazıyor da. Bənim xatirə dəftərimə Gültəkin üçün bir şeylər yazdı. Bunu qoparıb ayrıca yazdığı məktubla bərabər ləffən [mektupla] sənə göndəriyorum. Hüseyn bəyin kəndisi və digər çocuqları da birər məktub yazdılar. Hepsi bu zərfin içindədir. Qəmər xanım Tezərə, Sürəyya xanım da tamamilə ismi gibi Sürəyya xanıma bənziyor.

Baküdə otellərin əksərisi “sosyalizma”dır, yəni Sovet idarəsindədir. Fəqət Hüseyn bəyin əskidən bəri tutduğu xanı kəndisinə buraxmışlar. Hüseyn bəy də bunu təmir edib işlətiyor. Təmirat, kəndisinə bir xeyli məsrəfə mal olmuş [başa gəlmiş]. Bundan sonra bir kərə də təmin edəcəyini məmul ediyor [fikirləşir]. Ancaq şimdiki halda parasızlıqdan sıxılıyor. Ümidi sənədir. İki bin lirəlik bir sərmayəyə ehtiyacı vardır. Bəndən vəsatət [vasitəçilik] edib söyləmək, səndən də müqtədir olduğun təqdirdə bunun bir çarəsinə baxmaq!

 

Hüseyn bəy ailəsi əfradıyla [fərdləriylə] bərabər bir də fotograf çıxarıb sənə göndərəcəkdi, fəqət fotoğrafcı yetiştirəmədi. Bəlkə sonradan gəlir. Baki ərzi-ehtiram və səlam! Sitarə xanımın əllərindən öpərim. Yaqub bəyin annəsi olan ablasından kəndisinə və cümlənizə salam var. Səhhət və afiyətdədir. Bir gün Yaqub bəy vasitəsiylə bəni öylə yeməyine dəvət etmişdi. Kəndi əliylə pek nəfis Qarabağ yeməkləri pişirmişdi. Yaqub bəyin və biradərinin də halı iyidir. Hərkəs kəndisindən məmnundur. Doktor Bəhram bəy də salam ediyor. O da bir gün bizə bir ziyafət verdi. Hüseyn bəy də bulundu. Bu ziyafətde bir çox “Bolşevik-Kommunist” Azarbaycanlılarla bərabər sənin də şərəfinə badənuş olduq. “Tamada” sənin mədhü sitayişində bulunduqdan sonra “alaverdi Hüseyn bəyə”- deyərək idarəyi-akdah etdi [şərəfinə qədəh qaldırdı]. 

 

Ədhiyə ilə Afəs, cümlənizə ərzi-hörmət və salam edirlər və Gültəkinin, Səmədin, Tezərin, Sürəyyanın gözlərindən öpürlər. Əbdürrəhmana məktub yazarkən bizlərdən də salam yazmağı unutmamalarını rica edərlər, əfəndim.

Muhibbin Hüseyinzadə Əli

Baküdən bir kartpostal [açıqça] göndərdimdi, bilməm aldınızmı?

Feyzavər, Məhməd və Səidə cümlənizin əllərindən və gözlərindən öpərək ərzi-salam və ehtiram edirlər.   

 

Abid Tahirli

Mehdi Gəncəli

 

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi
16.12.2017, 00:11

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır
15.12.2017, 23:54

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Ata içki süfrəsində oğlunun qanını tökdü
15.12.2017, 23:41

Ata içki süfrəsində oğlunun qanını tökdü

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq
15.12.2017, 23:24

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq

Neft bir qədər bahalaşdı
15.12.2017, 23:11

Neft bir qədər bahalaşdı

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib
15.12.2017, 22:57

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER
15.12.2017, 22:39

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER

Baş Qərargah rəisləri bir arada
15.12.2017, 22:34

Baş Qərargah rəisləri bir arada

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN
15.12.2017, 22:28

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN

Gələn il birrəqəmli inflyasiya olacaq
15.12.2017, 22:16

Gələn il birrəqəmli inflyasiya olacaq

Əmək kitabçaları tarixə qovuşur - Video
15.12.2017, 22:07

Əmək kitabçaları tarixə qovuşur - Video

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb
15.12.2017, 21:57

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.13%)
Araz Ağalarov (13.4%)
Mübariz Mənsimov (17.3%)
Fərhad Əhmədov(13.8%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.56%)
Digərləri(0.86%)