Modern.az

Novruz Məmmədov: Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq

 Novruz Məmmədov: Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq

25 Fevral 2017, 15:05

"Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq".

Modern.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.

N.Məmmədov qeyd edib:

"Soyqırımı, bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır. Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırım “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə elə həmçinin onların faciəsidir. Bu soyqırım damğasını erməni tarixi daim daşıyacaq".

 

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı