“Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırışlar edir. Hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayır. Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik”.
Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
“Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər”-deyə deputat əlavə edib.
Onun sözlərinə görə, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar.
“Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik.
Əvvəllər də dediyimiz kimi, bu sayaq durumlarda əsas olan Azərbaycanın Müdafiə Nazirliyinə istinaddır. Hər bir jurnalistin peşə borcu məhz bu dövlət qurumunun informasiyalarına söykənməkdən, əldə etdiyi məlumatları mütləq şəkildə onunla dəqiqləşdirməkdən ibarətdir. Başqa cür fəaliyyət təkcə peşə dəyərlərimizə deyil, qanunlarımıza da zidd sayılacaq.
Hər kəs düşünsün ki, kimin tələskənliyə yol verdiyini, kimin bilərəkdən cəmiyyəti yanlış məlumatlandırdığını müəyyənləşdirmək kritik durumlarda əlavə vaxt itkisidir. Qanunun isə yalnız bir mütləq təbiəti var. Heç kəs məsuliyyət hissini unutmasın. Unutmasın ki, ən böyük məsuliyyətimiz Vətən qarşısındakı məsuliyyətimizdir. Vətənə sevgimizi məsuliyyətimizlə, peşəkarlığımızla isbatlayaq!”
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Modern.az
Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt
Qırğızıstanın yeni Baş naziri məlum oldu
ABŞ məktəbində daha bir atəş açılıb
Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
Ürəyi cavanlaşdırmağın yolu tapıldı
Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
Hökumət düyməyə basdı - 10 universitet bölünəcək
Məşhur sovet kosmanavtı vəfat etdi
Qəzzada qanlı toqquşmalar: 645 yaralı – VİDEO
"Afrində 4250 terrorçu zərərsizləşdirilib - ƏRDOĞAN
Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
Azərbaycanda yaşı 100-dən çox olanların sayı azalıb - SON RƏQƏM
Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
Prezident Dövlət Komitəsini ləğv etdi
İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
Eldar Mahmudov məhkəməyə verilib
Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
Kikboksçularımız Londonda yığışır
Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
Şərh yaz