Modern.az

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

25 Fevral 2017, 20:09

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 14 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib. ANAMA-dan Modern.az-a verilən məlumata görə, nəticədə 334 ədəd qəlpə, 2 ədəd 73 mm-lik OQ-9 raketinin gilizi aşkar edilib. Nəticə etibarilə 77 165 kv.m ərazi (48 015 kv.m əl ilə, 14 700 kv.m mexaniki üsulla və 14 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məlumata görə, 22 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində cəmi 81 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 616 224 kv.m ərazi (314 124 kv.m ərazi əl ilə, 136 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 52 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi