Modern.az

Gəncə sakini alnından bıçaqlanıb

Gəncə sakini alnından bıçaqlanıb

Aktual

25 Fevral 2017, 21:55

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Modern.az  APA-ya istinadən xəbər verir ki, 39 yaşlı şəhər sakini Əliyev Raiz Tofiq oğlu sol sarğı nahiyəsinin və alın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Əliyev şəhərin Yeni Gəncə yaşayış massivində hələ ki, adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar