Modern.az

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

25 Fevral 2017, 20:20

Xocalı qətliamıın 25-ci ildönümü ərəfəsində Bakıdakı 281 nömrəli tam orta məktəbdə faciə qurbanlarına həsr olunmuş anım mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, anım mərasimində qətliamın tarixi aspektləri haqqında məlumatlar verilib, Xocalı soyqırımının yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş amansız bir cinayət olduğu vurğulanıb.

Mərasimdə Suraxanı rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, I qrup Qarabağ əlili Aftandil Həsənov, I qrup Qarabağ əlili 9 ay 14 gün erməni əsirliyində qalmış, ermənilər tərəfindən sinəsinə qızdırılmış dəmirlə xaç şəkli çəkilmiş, 281 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vaqif Əliyev tərəfindən əsirlikdən azad edilmiş Mail Məmmədov iştirak ediblər.

Azərbaycan bəstəkarlarının simfonik musiqilərinın fonunda Xocalı faciəsinin ağrı –acıları bir daha yada salınıb. Sonda tariximizə qanla yazılmış Xocalı faciəsi barədə kiçik tamaşa göstərilib və fləşmob göstərilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi