Səudiyyə Ərəbistanı yaxın vaxtlarda İraqa yeni səfir təyin edəcək. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ötən ilin avqustunda rəsmi Bağdad Ər-Riyaddan səfir Tamer əs-Sabhanın İraqda olmasını ikitərəfli münasibətlərin inkişafı üçün “maneə” adlandıraraq ona əvəz tapılmasını tələb edib.
Səudiyyənin Bağdaddakı diplomatik nümayəndəliyi İraqın 1990-cı ildə Küveytə hərbi müdaxiləsindən sonra bağlanıb və yalnız 1 yanvar 2016-cı ildə 26 ildən sonra öz fəaliyyətini bərpa edib.
Modern.az