Modern.az

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

26 Fevral 2017, 13:57

Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Modern.az-ın xəbərinə görə, dövlət başçısı prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövlətçilik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb. Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

 

Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişafına əminlik ifadə ediblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır