Modern.az

Xarici tələbələr “Xocalıya ədalət” istəyir -Video

Xarici tələbələr “Xocalıya ədalət” istəyir -Video

26 Fevral 2017, 14:09

"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır.

 

Modern.az xəbər verir ki, bu fəaliyyətə dəstək olaraq Bakı Dövlət Universitetinin bir qrup magistr ve bakalavrları xarici tələbələrin iştirakı ilə “ Xocalıya ədalət” adı altında video çarx hazırlayıblar. Layihənin ideya müəllifi BDU- nun Televiziya və Radio Jurnalistikası kafedrasının magistri  Toğrul Quluzadə, montaj BDU-nun Televiziya və Radio Jurnalistikası kafedrasının  magistrı Malik Talıblı, operatorlar jurnalistika fakültəsinin dördüncü kurs bakalavrları Cavid Abbasov, Azər Ağayev, Yusif Cəlildir.

 

Layihənin iştirakçıları yəni Azərbaycanda təhsil alan xarici tələbələr onlara təqdim olunan materialı hər biri öz ana dilində səsləndirib.  İştirakçıların sayı doqquz nəfər – Türkiyə, Rusiya, Nigeriya, İran,Çin, Azərbaycan, Ukrayna, Türkmənistan, Pakistandır. Layihənin əsas məqsədi doqquz dildə Xocalı həqiqətləri,” Xocalıya  ədalət” dünyaya çatdırılmasıdır.

 

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır