Modern.az

"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

26 Fevral 2017, 15:51

Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı soyqrımının 25-il dönümü yad edilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, tədbirdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri və tələbələr iştirak ediblər.

 

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: “Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.

 

Nihat Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir