Modern.az

Aktauda Xocalı qurbanlarının sayı qədər - 613 ağac əkildi

Aktauda Xocalı qurbanlarının sayı qədər - 613 ağac əkildi

Aktual

26 Fevral 2017, 15:52

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində daha bir tədbir keçirilib. RENEISSANSE-Aktauotelində təşkil olunmuş tədbirdə Aktau şəhərində akkreditə olunmuş digər diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri,  Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər. Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto və kitabların sərgisi təşkil olunub.


Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov  ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasından danışıb. O, Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçıvəsində Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırıb.


E.Zeynalov ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi haqqında məlumat verərək, tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu filmin Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulduğu haqqında danışıb və filmin Aktau şəhərində nümayişində göstərdiyi dəstəyə görə  Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) minnətdarlığını bildirib.


Daha sonra Xocalı sakinlərinin dünya ictimaiyyətinə müraciəti oxunub.


Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov və digərləri çıxışlar edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə nail olunacaqlarını bildiriblər.


Çıxışlardan sonra “Sonsuz dəhliz”sənədli filminin nümayişi etdirilib.Sonda tədbir iştirakçıları tərəfindən RENEISSANSE-Aktauotelinin önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdə yaşayan, işləyən və oxuyan soydaşlarımızın iştirakı ilə Azərbaycan-Qazaxıstan dostluğunun timsalı olan parkda ilk dəfə Xocalı soyqırımı şəhidlərinin sayı qədər 613 ədəd şam ağacı əkildi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır