Modern.az

Avropa İttifaqı Gürcüstan üçün viza rejimini sabah ləğv edəcək

Avropa İttifaqı Gürcüstan üçün viza rejimini sabah ləğv edəcək

26 Fevral 2017, 18:05

Sabah Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

 

Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu