Modern.az

“Cəhənnəmi görmüş pilot” Kiyevdə - VİDEO

“Cəhənnəmi görmüş pilot” Kiyevdə - VİDEO

26 Fevral 2017, 21:48

“Ukrayna” Kino Teatrında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) tərəfindən hazırlanan “Cəhənnəmi görmüş pilot” filmi nümayiş etdirilib. Modern.az xəbər verir ki, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan nümayişdə əsasən Ukrayna ictimaiyyətinin nümayəndələri və Kiyevdə yaşayan azərbaycanlılar iştirak edib. 

Filmin nümayişindən əvvəl UABD sədri Hikmət Cavadov, ukraynalı pilot Leonid Kravets və diaspor fəalları Ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin, həmçinin Ukraynada Maydan hərəkatı zamanı dünyasını dəyişən insanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, tədbir çərçivəsində istirakçılara  jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı da paylanılıb. Kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirən uşaqların taleyindən bəhs olunur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu