Modern.az

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

26 Fevral 2017, 22:43

Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, Qasımbəyli kənd sakini Yusif Əhmədov rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub.

Onun qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı