Modern.az

Erməni general həyəcan təbili ÇALDI: “İlham Əliyev birbaşa deyir ki...”

Erməni general həyəcan təbili ÇALDI: “İlham Əliyev birbaşa deyir ki...”

26 Fevral 2017, 22:48

Ermənistanın cəbhəboyu zonalarda genişmiqyaslı təxribatlar törətməsi və Azərbaycan Silahlı Qüvvələrinin buna adekvat cavablar verməsi 2 gündür ki, əsas müzakirə mövzusuna çevrilib.

Modern.az saytının məlumatına görə, Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan 1in.am analitik portalına müsahibəsində deyib ki, rəsmi Yerevan və erməni cəmiyyəti Azərbaycanla müharibə vəziyyətində olmağı dərk etməlidir. O, belə hesab edir ki, hazırkı situasiya yeni müharibənin başlanması ehtimallarını gücləndirir.

 

Sabiq nazir, Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinspial mövqe nümayiş etdirməsinə də diqqət çəkib.

 

“Biz hazır olmalıyıq, ola bilsin ki, müharibə başlayacaq. Biz bir şeyi anlamalıyıq: Azərbaycan prezidenti İlham Əliyev buna nail olmaq istəyir ki, Ermənistan Dağlıq Qarabağ məsələsində güzəştə getsin. Bu, onun strategiyasıdır. Azərbaycan rəhbəri bu məsələdə birbaşa danışır. Bununla yanaşı, Azərbaycan ümid edir ki, ermənilər Ermənistanı və Qarabağı tərk edəcək və bu zaman Qarabağın geri alınması məsələsində problem qalmayacaq”-deyə Arutyunyan bildirib.

 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

 

Lakin Azərbaycan ordusunun itkilərinin sayı açıqlanmayıb.

 

Buna baxmayaraq Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.

 

Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

 

Düşmən itkilərə məruz qalıb.

 

Aqşin KƏRİMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır