Modern.az

Ərdoğan İraq kürd muxtariyyətinin lideri ilə görüşdü

Ərdoğan İraq kürd muxtariyyətinin lideri ilə görüşdü

26 Fevral 2017, 22:55

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kürd Regional Muxtariyyətinin (İKRM) rəhbəri Məsud Bərzanini qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda baş tutan görüş mətbuat üçün qapalı olub. Bir saata yaxın davam edən görüşdə tərəflər İraqda, o cümlədən Mosul və Təll-Əfardakı vəziyyəti, həmçinin regionda PPK terrorçularının mövcudluğunu və Suriya məsələsini müzakirə ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir