Modern.az

Yanğın bir ailəni evsiz qoydu

Yanğın bir ailəni evsiz qoydu

26 Fevral 2017, 23:18

Göyçayda yanğın hadisəsi qeydə alınıb. Modern.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonu, Yalman kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kvadrat metr olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir