Modern.az

CİA-nin eks-şefindən XƏBƏRDARLIQ: “Rusiya məsələsinə son qoyulmalıdır"  

CİA-nin eks-şefindən XƏBƏRDARLIQ: “Rusiya məsələsinə son qoyulmalıdır"   

Dünya

26 Fevral 2017, 23:25

“Donald Trampın seçki qərargahının əməkdaşlarının Rusiya ilə əlaqələrə malik olmasını demək hələ tezdir.  Konqres araşdırmalara başlamalıdır və belə şeylərə son qoyulmalıdır”.

Modern.az saytının xəbərinə görə, bunu CBS televiziyasına müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş dierktoru Con Brennan bildirib.

O belə hesab edir ki, araşdırmalara həm Respublikaçılar Partiyasindan, həm də Demokratlar Partiyasından nümayəndələr cəlb olunmalıdır.

Qeyd edək ki, Qərb KİV-lərinin iddiasına görə, Rusiya ABŞ-da ötən ilin noyabrında keçirilən seçkilərı kibermüdaxilə edib.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı