Modern.az

Bakı-Quba yolunda qəza: 1 ölü

Bakı-Quba yolunda qəza: 1 ölü

27 Fevral 2017, 09:20

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Fövqəladə Hallar Nazirliyindən  (FHN)  Modern.az-az-a bildirilib.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:36-da başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir