Modern.az

“Qarabağda hər an müharibə başlaya bilər”

“Qarabağda hər an müharibə başlaya bilər”

27 Fevral 2017, 09:40

Rusiyanın Hərbi-Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin kəskinləşməsini şərh edib.

 

Modern.az saytının məlumatına görə, Xramçixin haqqın.az-a açıqlamasında deyib ki, hazırki vəziyyət müharibəyə aparır.

“Tərəflər bir-birinə tamamilə əks mövqedədir. Müharibə istənilən vaxt – sabah da, 10 il sonra da – başlana bilər”-deyə o bildirib.

Hərbi ekspertin fikrincə,  Qarabağ problemini praktiki olaraq həll etmək mümkün deyil.

Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.

Azərbaycan Müdafiə Nazirliyinin xəbərinə görə, döyüş toqquşması nəticəsində itkilərimiz var.

Lakin Azərbaycan ordusunun itkilərinin sayı hələ ki, açıqlanmayıb.

Buna baxmayaraq Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsini məhv edib.

 

Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.

 

Aqşin KƏRİMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir