Modern.az

“Oskar”da QALMAQAL – Qaliblərin adlarını səhv saldılar

“Oskar”da QALMAQAL – Qaliblərin adlarını səhv saldılar

Aktual

27 Fevral 2017, 10:59

Ötən gecə Los Ancelesdə 89-cu “Oskar” kinomükafatının təqdimetmə mərasimi baş tutub. Modern.az xəbər verir ki, mərasimdə böyük qalmaqal yaşanıb.

 

Belə ki, “İlin ən yaxşı filmi” nominasiyasında qalibi elan edən aktyor Uorren Bitti “Lal La Lend” filminin adını şəkib. Sevinclə səhnəyə qalxan aktyor heyəti böyük məyusluqla qarşılanıb. Belə ki, aktyora verilən konvertin başqa nominasiyaya aid olduğu üzə çıxıb. “İlin ən yaxşı filmi” nomaniyasında isə qalib “Ay işığı” filmi seçilib.

 

Ümumilikdə, “La La Lend” filmi 6 “Oskar” qazanıb. Ən yaxşı film seçilən “Ay ışğı” isə 3 “Oskar”la kifayətlənib.

 

 

2017-ci ilin “Oskar” mükafatı qazanan aktyorlar(aktrisalar) və filmlər:

 

Ən yaxşı film :

“The Moonlight” (Ay İşığı)

Ən yaxşı aktrisa:

Emma Stoun,  “La La Land”

Ən yaxşı aktyor:

Keyzi Aflik “Manchester By The Sea”

Ən yaxşı rejissor:

Damyen Chazelle “La La Land”

Ən yaxşı orijinal ssenari:

“Manchester by the Sea”

Ən yaxşı uyğunlaşdırılmış ssenari:

“Moonlight”

Ən yaxşı köməkçi aktyor:

Mahershala Ali,  “Moonlight”

Ən yaxşı köməkçi aktrisa:

Viola Davis, “Fences”

Ən yaxşı xarici film:

“The Salesman”, İran

Ən yaxşı sənədli film:

O.J: Made in America

Ən yaxşı qrim və saç düzümü:

“Suicide Squad”

Ən yaxşı kostyum:

“Fantastic Beast and Where to Find Them”

Ən yaxşı səs qurğusu:

“Arrival”

Ən yaxşı səs montajı:

“Hacksaw Ridge”

Ən qısa animasiya filmi:

“Piper”

Ən yaxşı animasiya filmi:

“Zootopia”

Ən yaxşı layihə dizaynı:

“La La Land”

Ən yaxşı vizual effektlər:

“The Jungle Book”

Ən yaxşı film qurğusu:

“Hacksaw Ridge”

Ən yaxşı qısa sənədli film:

“The White Helmets”

Ən yaxşı qısa film:

“Sing”

Ən yaxşı kinomatoqrafiya:

“La La Land”

Ən yaxşı film musiqisi:

La La Land”

Ən yaxşı kino mahnısı:

“City Of Stars”, “La La Land”

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir