Modern.az

Hacı Şahin hacı İlqarı geridə qoydu

Hacı Şahin hacı İlqarı geridə qoydu

27 Fevral 2017, 11:20

Modern.az saytının “Hansı dini ekspert və ya ilahiyyatçıya inanırsınız?” mövzusunda keçirdiyi sorğu yekunlaşıb. Nəticələr də artıq məlumdur.

Bu dəfəki sorğumuza bir sıra tanınmış din xadimi və ilahiyyatçının adını daxil etmişdik. Çünki Azərbaycan mətbuatının cəmiyyətə tanınmış din xadimi, dini ekspert, ilahiyyatçı kimi təqdim etdiyi simaların sırası elə də geniş deyil. Bəs hazırda efirlərdə, kütləvi-informaisya vasitələrində islam dinini mütəxəssisi kimi müxtəlif mövzularda izah verən həmin şəxslərə inam nə qədərdi?..

Oxuculardan bu suala cavab istəmişdik. Sorğumuzda 10 mindən çox respondent iştirak edib.

Sorğunun nəticəsinə görə, “Məşədi Dadaş” məscidinin imam-camaatı hacı Şahin Həsənli respondentlərin ən çox etibar etdiyi din xadimidir. Belə ki, o, 58,2 faiz səs toplayaraq sorğudakı əsas rəqibi hacı İlqar İbrahimoğlunu geridə qoyub.

Sorğuda ikinci olan hacı İlqar İbrahimoğlu 37,6 faiz səs toplayıb.

Üçüncü yeri isə ilahiyyatçı Elşad Miri tutub – 3,28 faiz.

Maraqlıdır ki, sorğuda cəmiyyətin uzun illərdir tanıdığı şeyxülislam Allahşükür Paşazadə, hacı Sabir Həsənli, hacı Fuad Nurullayev, Vasim Məmmədəliyev, Rafiq Əliyev kimi din xadimləri və ilahiyyatçılar səs toplaya bilməyiblər.

Sorğunun ümumi nəticələri aşağıdakı kimi olub:

Hacı Şahin Həsənli (58.2%)
Hacı İlqar İbrahimoğlu (37.6%)
Elşad Miri (3.28%)
Vasim Məmmədəliyev (0.27%)
Şeyxülislam Allahşükür Paşazadə (0.24%)
Hacı Sabir Həsənli (0.16%)
Rafiq Əliyev (0.10%)
Hacı Fuad Nurullayev (0.01%)


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır