Modern.az

Canəli Əkbərov həmkarları ilə qalmaqala son qoydu: “Mən neytral adamam”

Canəli Əkbərov həmkarları ilə qalmaqala son qoydu: “Mən neytral adamam”

27 Fevral 2017, 12:22

VI “Muğam Televiziya Müsabiqəsi”nin seçim turları başa çatıb və ölkənin müxtəlif yerlərindən 20 iştirakçı əsas mərhələyə vəsiqə qazanıb. Artıq müsabiqənin münsiflər heyətinin tərkibi də bəllidir.

 

Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov müsabiqənin münsifləri heyətində əyləşəcəklər.

Mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən  münsiflər heyətində onu Yazıçılar Birliyinin katibi İlqar Fəhmi əvəz edəcək.

O yerə düşməyə can atan xalq artisti Canəli Əkbərovun isə istəyi gerçəkləşmədi.

Məsələ ilə bağlı Modern.az-a danışan Canəli Əkbərov artıq bu haqda düşünmədiyini bildirib:

“Mən neytral adamam. Öz işimdəyəm. Tələbələrim var, onlarla məşğulam”.


Xalq artisti, münsiflər heyətinin tərkibində təmsil olunan sənət yoldaşlarına ürək sözlərini də deyib.


“Münsiflər heyətində təmsil olunanlar nəvələrimlə yaşıd adamlardır. Onlara nə deyə bilərəm ki! Bircə “xoşbəxt olun” deyirəm. Vəssalam!”.

Qeyd edək ki, Canəli Əkbərovun münsiflərdə təmsil olunmaq istəyi qalmaqala səbəb olmuşdu. Belə ki, münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba  Məmmədov, Sərdar Fərəcov ona etiraz etmişdilər. Bildirmişdilər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.

Elə bu səbəbdən də tərəflər arasında başlayan söz davası əməlli-başlı qalmaqala səbəb olmuşdu.

İlk dəfə muğam müsabiqəsinin münsiflər heyətində təmsil olunan şair İlqar Fəhmi isə ifa zamanı muğamı yaxşı oxuyan ifaçıya “əla” qiymət verməyəcəyini deyib.

 

“Klassik şeirlərin əsasını əruz vəzni təşkil edir. Muğamlarımız da daha çox klassiklərin qəzəlləri üzərində oxunur. Elə ifaçılar var ki, muğamı çox gözəl ifa edir, amma qəzəli düzgün tələffüz etmir. Bu baxımdan da münsiflər heyətində mənə də yer verdilər. Qiymətləndirməyə gəlincə isə təbii ki, mən seçim etməkdə çətinlik çəkməyəcəm. Əgər ifaçı muğamı çox yüksək səviyyədə oxuyub, amma qəzəli düzgün ifadə etməyəcəksə, ona yüksək xal verməyəcəm”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu