Modern.az

İsa Qəmbər və Arif Hacılı prokurorluqda ifadə verir

İsa Qəmbər və Arif Hacılı prokurorluqda ifadə verir

27 Fevral 2017, 12:36

Müsavat Partiyası başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ifadə vermək üçün Baş Pokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə gediblər.

Modern.az xəbər verir ki, hər iki şəxsin vəkili Osman Kazomovdur.

Müsavat Partiyasının mətbuat departamentindən verilən xəbərə görə, prokurorluq Müsavat Partiyasına bununla bağlı 24 fevral 2017-ci il tarixdə rəsmi çağırış vərəqələri göndərmişdi. 

Çağırış vərəqələrində bildirilib ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar.

Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu qeyd olunub.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi