Modern.az

BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək

BDU-da “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək

27 Fevral 2017, 12:48

Fevralın 28-də Bakı Dövlət Universitetində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” adlı simpozium keçiriləcək.

Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyənin “Türk dili” qurumunun rəhbəri, professor Mustafa S.Kaçalin, Bayburt Universitetinin rektoru, professor Selçuk Coşkun, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Sebahattin  Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbek Koylibayev, AMEA-nın Folklor İnstitutunun  direktoru Muxtar İmanov və Yunus Əmrə İnstitutunun direktoru  İbrahim Yıldırım çıxış edəcək.

Tədbirdə həmçinin  Dədə Qorqud bəstələri səsləndiriləcək.

Bölmə iclasları ilə davam edəcək simpoziumda aşıq sənəti və ənənələrindən, ayrı-ayrı el sənətkarlarından bəhs edən mövzular ətrafında müzakirələr aparılacaq.

Simpozium martın 1-dək davam edəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi