Modern.az

Azərbaycan daha xaricə xəstə göndərmir - RƏSMİ

Azərbaycan daha xaricə xəstə göndərmir - RƏSMİ

27 Fevral 2017, 13:52

2016-cı ildə Səhiyyə Nazirliyindəki Vətəndaşların xaricdə müalicəyə göndərilməsi üzrə Komissiyaya 1655 nəfər sənəd verib.

Bu haqda Modern.az-a Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya”nın sədri Nəsib Quliyev bildirib.

 

Komissiya sədri bildirib ki, müraciət edənlərin əksəriyyəti respublika daxilində fəaliyyət göstərən dövlət, özəl və təsərrüfat hesablı müalicə müəssisələrinə göndərilib:

 

“Həmçinin, imtiyazlı xəstələrdən 204 nəfəri qrup şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunmuş respublikadankənar reabilitasiya mərkəzlərinə - Türkiyəyə müayinəyə göndərilib. Onların da 183 nəfəri uşaqlar olub. Xəstələr, əsasən, travmatik, ortopedik xəstəliklərlə bağlı 1 kursluq reabilitasiya müalicəsi aldıqdan sonra ölkəmizə qayıdırlar”.

 

N.Quliyev bildirib ki, faktiki olaraq müayinə və müalicə üçün xaricə getməyə ehtiyac qalmayıb:

“Hazırda Azərbaycanda orqan köçürmə, hər cür ürək əməliyyatları həyata keçirilir. Eyni zamanda, onkoloji və göz xəstəliklər üçün heç kim ölkədən kənara getmir. Çünki Milli Onkologiya Mərkəzində, Milli Oftamologiya Mərkəzində hər cür şərait var. Bütün elmi-tədqiqat institutları, tibb müəssisələrinin hamısı tam təmir olunub, yeni avadanlıqlarla təchiz edilib. Ona görə də xəstələrin ölkədən getməsi çox az hallarda müşahidə edilir”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...