Modern.az

İrandan Qarabağ cəbhəsindəki vəziyyətə REAKSİYA

İrandan Qarabağ cəbhəsindəki vəziyyətə REAKSİYA

27 Fevral 2017, 14:01

İran Azərbaycan və Ermənistanı təmkinli davranmağa, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırır.

 

Modern.az saytının İRNA-ya istinadən xəbərinə görə, bu haqda İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi bildirib.

Onun sözlərinə görə, dialoq və danışıqlar münaqişələrin nizama salınması üçün vacib kanallardan biridir.

“Mən ümid edirəm ki, beynəlxalq təşkilatlar münaqişənin nizama salınması üçün öhdələrinə düşən vəzifələri yerinə yetirəcək”-deyə bildirib.

XİN rəsmisi qeyd edib ki, İran sülhün və təhülkəsizlik üçün tərəflərə kömək etməyə hazırdır.

 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.  

 

Onların nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.


Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozub. Və əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi