29 may 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Bir şəklin tarixçəsi: 24 ildir tanımadığımız kəlbəcərli qız - FOTO
Bir şəklin tarixçəsi: 24 ildir tanımadığımız kəlbəcərli qız - FOTO +
27.02.2017, 14:31

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli tirajlayırlar... Amma çoxları bu şəklin gerçək tarixçəsindən xəbərsizdir...

Təqdim etdiyimiz bu şəklin nə vaxt, harda çəkiliyini Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış  jurnalist Araz Qurbanov dəqiqliklə izah edib.

Şəklin çəkildiyi zaman 1993-cü il... Məkan Murov dağının ətəyi... 

Beləliklə, Araz Qurbanovu eşidək:

“Doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bu fotoşəkili AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdi. 

Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər köçkünü torlanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı.

Fotomüxbir İlqarın da gözləri dolmuşdu. Fotoaparatını götürüb bu qızcığazın şəklini çəkdi…

Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim. 

Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var. 

Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğa Kəlbəcərimizdə görməyi arzulayıram”.


Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28.05.2017, 23:11

Paytaxtda torpaqlar ucuzlaşır - VİDEO

28.05.2017, 22:52

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rəngində

28.05.2017, 22:36

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

28.05.2017, 22:19

“Beşiktaş” çempion oldu

28.05.2017, 22:01

İsraildə minlərlə insan küçələrə axışdı

28.05.2017, 21:44

"Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Madrid prinsipləri təşkil etməlidir" - Alman deputat

28.05.2017, 21:30

Qadın ofisiantlar arasında dava

28.05.2017, 21:16

Rektorla tələbələr arasında gərginlik - VİDEO

28.05.2017, 20:59

Çindən İranın neft-kimya sənayesinə sanksiya

28.05.2017, 20:44

“Rusiya üçün  təhlükə kəsb etmir" - Ceyms Mettis

28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.2017, 16:53

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

28.05.2017, 16:30

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28.05.2017, 16:18

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.2017, 16:01

“Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”- SƏNƏDSİZ EVLƏR PROBLEMİ

28.05.2017, 15:15

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

28.05.2017, 14:32

Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...

ARXİV