Modern.az

Güclü külək avtobus dayanacağına ziyan vurdu

Güclü külək avtobus dayanacağına ziyan vurdu

27 Fevral 2017, 14:42

Fevral ayının 26-da paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib.

 

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev bildirib.

 

O qeyd edib ki, küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb:

 

“Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır. Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb”.

 

M.Ağayev deyib ki, yaxın vaxtlarda  bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq.     

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi