Modern.az

Tərtərdəki vəziyyətlə bağlı icra başçısından AÇIQLAMA

Tərtərdəki vəziyyətlə bağlı icra başçısından AÇIQLAMA

27 Fevral 2017, 16:12

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Təmas xəttində yerləşən Tərtər rayonundakı vəziyyətlə bağlı icra başçısı Müstəqim Məmmədov Modern.az-a açıqlama verib.

O qeyd edib ki, hazırda rayonda tam sabitlikdir:

“Narahatlıq üçün heç bir əsas yoxdur. İnsanlar gündəlik işləri ilə məşğuldurlar”.

M.Məmmədov bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə baş verən döyüşlərdə rayonun hərbi qulluqçuları arasında şəhid olanlar yoxdur.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir