Modern.az

Ter-Petrosyanın partiyası sülhə və güzəştlərə çağırır

Ter-Petrosyanın partiyası sülhə və güzəştlərə çağırır

27 Fevral 2017, 20:27

"Dağlıq Qarabağda sülhün bütün mahiyyəti — bu, qarşılıqlı güzəştlərdir". Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu fevralın 27-də Milli Məclisdə jurnalistlərlə söhbətdə Erməni Milli Konqresi parlament fraksiyasının başçısı Levon Zurabyan deyib.

O xatırladıb ki, sabiq prezident Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1991-ci ildə, 1994-cü ildə, 1998-ci ildə və ondan sonra da olub.

“Mən düşünmürəm ki, məntiqə malik olan hansısa bir ciddi insan sülhün zərurət olduğunu və ona nail olmaq üçün qarşılıqlı güzəştlərin vacibliyini anlamasın”, - deyə Zurabyan vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir