Modern.az

NATO baş katibi Dağlıq Qarabağla bağlı çağırış edib

NATO baş katibi Dağlıq Qarabağla bağlı çağırış edib

27 Fevral 2017, 21:08

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çağırış edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb. Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra açıqlama verən NATO-nun baş katibi gərginliyin qarşısını almağın vacib olduğunu qeyd edib: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”.

 

Baş katib vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir