Modern.az

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını AÇIQLADI

Ermənilər Kəlbəcər və Laçınla bağlı planlarını AÇIQLADI

27 Fevral 2017, 21:48

Ermənistan Azərbaycanın işğal altındakı Laçın və Kəlbəcər rayonlarında yeni layihələr gerçəkləşdirməkdə davam edirlər.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, Yerevanda yerləşən ONE Armenia təşkilatı Laçın dəhlizi boyu ərazilərin minalardan təmizlənməsinə başlayıb.

 

 

The Halo Trust təşkilatı ilə birgə başlanılacaq işlər zamanı 32 kvadrat metr ərazinin partlamamış mərimlərdən təmizlənərək bölgəyə köçürülən əhali tərəfdinə istifadə olunması nəzərdə tutulub. Həmçinin, nəqliyyatın, o cümlədən döyüş texnikasının Ermənistandan Qarabağa daxil olması üçün də dəhlizdəki təhlükəsizlik sahəsinin genişləndirilməsi planlaşdırılır.

 

OneArmenia təşkilatı internet üzərindən keçirdiyi ianə toplama kampaniyası çərçivəsində ilkkin mərhələdə 96 min dollar vəsait toplamağı planlaşdırır.

 

Digər tərəfdən, separatçı rejim Kəlbəcərin fasiləsiz su ilə təmin olunması prosesini yekunlaşdırmaq üzrədir. Belə ki, yerli administrasiyanın rəhbəri Karen Yegişyan rayon mərkəzinin yuxarı hissəsində 3 su hovuzunun quraşdırıldığını və bulaqlardan gələn suyun ora yığılacağını deyib.

 

 

Yegişyan 18 kilometr uzunluğunda su xəttinin yay aylarında istifadəyə veriləcəyini və Kəlbəcərin su ilə tam təmin olunacağını deyib. O, həmçinin, rayon mərkəzində yaşayan sakinlərin sayının 3500-ü keçdiyini bildirib.

 

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu