Modern.az

Kəlbəcərin işğal günü Moskvada da anılıb

Kəlbəcərin işğal günü Moskvada da anılıb

5 Aprel 2011, 10:49

Aprel  ayının 2-də Moskvada Ümumrusiya Azərbaycanliları Konqresində Kəlbəcər rayonunun işağal olunmasının 18-ci ildönümünə həsr edilmi anım mərasimi keçirilib. Mərasimində  Moskvada yaşayan, ziyalilar, ictimai xadimlər, iş adamlar, eləcə də  Moskvada yaşayan Kəlbəcərlilər toplaşıblar.

Tədbiri giriş  sözü ilə  “Şəhriyar mədəniyyət cəmiyyəti”nin sədri Vаsif  Məmmədli açıb.

Azərbaycan və Rusiya yazicilar birliklərinin üzvü, Azərbaycan yazıçılar birliyinin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu Kəlbəcərin qədim tarixindən söz açıb. Kəlbəcərin ilk insanların yaşayış məskəni olduğunu, Kəlbəcər Azərbaycanın qədim torpaqları olduğunu, bu ərazilərdə əsrlər boyu Azərbaycanlilar yaşadıqlarını qeyd edib:

Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş rayonlarımızın ən böyüyüdür. Kəlbəcər Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranan münaqişə başlayan gündən, 1988-ci ildən mühasirədə qaldı. Çox təəssüf ki, o vaxt ki, hakimiyyət Kəlbəcərin işğal olunmaması üçün heç bir səy göstərmədi, çiddi bir tədbir körülmədi. 1992-ciilin may ayinin18-də, Laçın rayonunun işğalı, həmin ilin aprel ayinin 7-dən 8-nə keçən gecə Dədə Şəmşirin kəndi Ağdabanın yandırılması, Kəlbəcərin işğal olunacağından xəbər verirdi.

Heç bir yerdən köməyi olmayan, bir Allahın uüidinə qalan, mərkəzdən ögey münasibət bəslənən Kəlbəcər  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.

Nəsib Nəbioğlu son illərdə Kəlbəcərdə ermənilərin sürətlə məckunlaşdırıldıqlarını narahatlıqla qeyd edib.

-  BMT və ATƏT-in prinsiplərinə ermənilər tərəfindən məhəl qoyulmur, 1999-cu ildən Kəlbəcər, bütünlüklə Tərtər boyu kəndələrimizin hamısında ermənilər  məskunlaşırlar, kəndlərimizin  adları dəyişilir, Azərbaycan adları erməni adları ilə əvəz olunur. Ermənilər qədim Alban  kisələrini, məbədlərini və başqa tarixi abidələrimizi qriqoryanlaşdirırlar, onları dünya ictimaiyyətinə öz tarixi abidələri kimi təqdim edirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir