Modern.az

"İki ayda 1175 nəfər inzibati qaydada həbs olunub"

"İki ayda 1175 nəfər inzibati qaydada həbs olunub"

27 Fevral 2017, 22:15

Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi saytlarda müxalifət fəallarının kütləvi şəkildə həbs edilməsi ilə bağlı xəbərlər yayılır. Modern.az musavat.com-a istinadən xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu iddiaların doğru olmadığını bildirib: “Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə məhkəmələr tərəfindən ölkə üzrə cari ilin yanvar ayı ərzində 655, fevralda ayında 520, ümumilikdə isə 1175 nəfər inzibati qaydada həbs olunub. Heç şübhəsiz ki, inzibati qaydada məsuliyyətə cəlb olunanların arasında nəinki müxalifətçi, siyasətçi, jurnalist, həmçinin əhalinin müxtəlif təbəqələrindən olan insanlar da vardır. Barələrində müvafiq protokol tərtib edərkən polis əməkdaşları onların partiya mənsubiyyəti ilə, siyasi fəaliyyətləri ilə heç vaxt maraqlanmayıb və buna zərurət də yaranmayıb”.

 

Ehsan Zahidov deyib ki, müxalifət funksionerlərindən və onların təsiri altında olan hüquq müdafiəçilərindən fərqli olaraq, polis əməkdaşları üçün sosial, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqaqzidd əməllər törətmiş bütün şəxslərin hamısı Azərbaycan vətəndaşıdır və onları hansısa qruplara ayırmaq, bölücülük aparmaq daxili işlər orqanlarının fəaliyyət predmeti olmayıb: “İki ay ərzində inzibati qaydada həbs olunan 1175 şəxsin arasından 19-nu məxsusi seçərək ayırmaq, ictimai-siyasi mənsubiyyətini qabardaraq fərqləndirmək mərəzi bəzi maraqlı şəxslərin və qüvvələrin hansı yolla olursa-olsun siyasi divident qazanmaq, mövzu ətrafında yersiz hay-küy qaldıraraq, şou düzəldərək beynəlxalq və ictimai rəyi çaşdırmaqdan, müstəqil siyasət yeridən ölkəmizin yüksək nüfuzuna kölgə salmaqla özləri barəsində saxta demokratiya fədailəri və cəfakeşləri obrazlarını yaratmaq cəhdindən başqa bir şey deyil”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir