Modern.az

Kiyevin mərkəzində körpü uçub

Kiyevin mərkəzində körpü uçub

28 Fevral 2017, 00:59

Ukraynanın paytaxtı Kiyevin mərkəzi rayonlarının birində körpü qismən uçub. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, insident nəticəsində zərərçəkən olmasa da, körpünün altında dayanan avtomobil zədələnib.

Hadisə yerinə Kiyevin meri Vitali Kliçko gəlib. İlkin versiyaya görə, körpü istismar qaydalarının pozulması nəticəsində uçub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?