Modern.az

Dövlət İmtahan Mərkəzi imtahanlar üçün ödəniş üsullarını açıqladı

Dövlət İmtahan Mərkəzi imtahanlar üçün ödəniş üsullarını açıqladı

28 Fevral 2017, 11:23

Xəbər verdiyimiz kimi, fevralın 24-də “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Prezident sərəncamı imzalanmışdı.


Sərəncamın əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır. 


Modern.az-ın məlumatına görə, sərəncamda nəzərdə tutulur ki, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin:


1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;


2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.


Bu Sərəncamdan ümumi  təhsil müəssisələrini cari ildə bitirən Azərbaycan Respublikasının bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşları yararlanacaqlar.


Cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcəkdir. Bu qayda eyni zamanda bir neçə ixtisas qrupuna ərizə verən abituriyentlərə də şamil olunacaqdır. Seçdiyi qruplardan biri üzrə ilk imtahanın ödənişi dövlət tərəfindən, digər imtahanların ödənişi isə abituriyent tərəfindən həyata keçiriləcək.


Qəbul imtahanlarının tərkib hissəsi olan rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı və qabiliyyət imtahanında  bir dəfə iştirak üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.


Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərdən faydalanmaq üçün istifadə olunan ödəniş üsulları haqda məlumat yayıb. Qurumdan Modern.az-a bildirilib ki, “Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar:

- ödəniş sistemlərinin veb portalları (Hökumət ödəniş portalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ödəniş sistemi, GoldenPay, EasyPay, Mobile Payment Systems),

- ödəniş sistemlərinin özünəxidmət kioskları,

- poçt şöbələrində;

-SMS vəsitəsilə.

 

Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir