Modern.az

Məleykə Abbaszadə: “Abituriyentlər üçün əlavə şanslar yarana bilər”

Məleykə Abbaszadə: “Abituriyentlər üçün əlavə şanslar yarana bilər”

Təhsil

28 Fevral 2017, 11:33

“Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında prezidentinin sərəncamı 70 min gənci əhatə edəcək”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasənın sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu sərəncam əsasında hər bir gənc ilk dəfə qəbul imtahanları üçün ərizə imtahana lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək.

“Bizim xidmətlərimizi istifadəçilər ya da sifarişçilər ödəyir. Sifarişçi kimi dövlət çıxış etdi və bu işi öz üzərinə götürdü. Gənclərin təhsil alması üçün bu böyük təkan olacaq. Bu ilin məzunları hamısı ilk dəfə müraciət edənlərdir. 65 min məzun keçən il bizə sənəd vermişdi. Bu il həmin məzunların sayı bir qədər az və ya çox ola bilər. 2016-ci ildə 56433 abituriyent (68.31 faiz) bizə sənəd verib. 2015-ci ildə isə məktəbi bitirənlər 8567 abituriyent olub”.

M.Abbaszadə bildirib ki, gələcəkdə abituriyentlərin ali məktəbə imtahan verməsi üçün imkanlar genişləndirilə bilər.

“Belə ki, builki qəbul qaydalarına əsasən, avbituriyentlərə I və IV qruplarda iki dəfə imtahan vermək şansı vermişik. Gələcəkdə bu şanslar arta bilər. Və abituriyentlər 2-3 dəfə ali məktəblərə imtahan verə biləcəklər.

Ötən il 8,4 faiz abituriyent qəbul imtahanı üçün ərizə verib, buraxılış vərəqəsi alıb, imtahana gəlməyib. 11 illik üzrə orta ixtisas təhsili müəssisələrinə 20 faiz, 9 illik orta ixtisas təhsili müəssisələrinə isə əbul imtahanlarına isə 15 faiz abituriyent gəlməyib. Rus bölməsində oxuyan abituriyentlər üçün Azərbaycan dilindən imtahan üçün ikinci imtahan verilirdi . İkinci imtahana gəlməyənlər isə 26 faiz olub. Ödənişin olması bu kimi halları aradan qaldıracaq".

                                                                                     

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı