Modern.az

İlham Əliyev Sloveniya Prezidenti ilə təkbətək görüşüb

İlham Əliyev Sloveniya Prezidenti ilə təkbətək görüşüb

9 Noyabr 2009, 15:21

Noyabrın 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün təkbətək görüşü keçirilib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilən görüşdə Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin də ikitərəfli əlaqələrin inkişafına töhfələrini verəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?