Modern.az

Serbiya prezidenti Bakının müharibə çağırışlarının əleyhinə çıxıb

Serbiya prezidenti Bakının müharibə çağırışlarının əleyhinə çıxıb

5 Aprel 2011, 11:28

Halbuki ötən il Bakıda rəsmi səfərdə olarkən Boris Tadiç bəyan etmişdi ki, Serbiya BMT-yə üzv olan ölkələrdə etnik bəhanələrdən istifadə edən separatçıların əleyhinədir

Ermənistan prezidenti Serj Sarkisyan Serbiyaya rəsmi səfəri zamanı bu ölkənin başçısı Boris Tadiç erməni həmkarından Dağlıq Qarabağ probleminin tənzimlənməsi üçün aparılan sülh danışıqlarını təfərrüatlarını şərh etməyi xahiş edib. Hər iki prezident mətbuat üçün açıqlamada bildiriblər ki, Qarabağ münaqişəsinin həlli üçün sülh yolunun alternativi yoxdur. “Beynəlxalq hüquq baxımından güc tətbiq edilməsi yolverilməzdir”-deyə Serbiya prezidenti həmkarı ilə birgə açıqlamada deyiblər.

Xatırladaq ki, Serbiya prezidenti Boris Tadiç 2010-cu ilin may ayında Azərbyacanda rəsmi səfərdə olub. O zaman prezident İlham Əliyevlə danışıqlardan sonra mətbuat üçün birgə açıqlamada  Boris Tadiç qeyd edib ki, Serbiya BMT-yə üzv olan ölkələrdə separatçılıq etmək məqsədi ilə etnik bəhanələrdən istifadə edən separatçıların tamamilə əleyhinədir. “Bu səbəbdən də biz Serbiyanın cənub əyaləti olan Kosovoya dair ölkəmizin ərazi bütövlüyü ilə bağlı maraqlarımızdan imtina etmirik”. Rəsmi Bakı isə Kosovonun müstəqilliyini tanmaqdan imtina edib.  

Serbiya Prezidenti Boris Tadiç Bakıda olarkan keçirdiyi mətbuat konfransında  deyib ki, iki ölkənin ümumi problem və çağırışları vardır. “Mən ərazi bütövlüyümüzü, ölkələrimizi qorumaq məsələləri ilə yanaşı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi çağırışları, ümumiyyətlə, ölkələrimizin gələcək inkişafı ilə bağlı məsələləri qeyd etmək istərdim. Bunlar özləri də hər iki tərəf üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq hüququn prinsiplərinin müdafiə edilməsində bizə arxayın ola bilərsiniz. Bu, prinsipial məsələdir”,- Tadiç deyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir