Modern.az

Hindistandan Azərbaycana ət idxalı dayandırılıb

Hindistandan Azərbaycana ət idxalı dayandırılıb

28 Fevral 2017, 12:49

“Azərbaycana dondurulmuş qoyun əti gətirilmir. Mal əti isə əsasən Ukrayna, Rusiya və Moldovadan gətirilir.

Bu haqda Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

 

O qeyd edib ki, hələlik Azərbaycana Hindistandan dondurulmuş camış əti gətirilmir:


“Ötən il ərzində çox az miqdarda ət gətirilib. Bu il isə ümumiyyətlə Hindistandan Azərbaycana dondurulmuş camış əti idxal olunmayıb”.

 

Y.Xanvəlinin sözlərinə görə, idxal edilən ətlərin standartlara cavab verməsi tam olaraq yoxlanılır:

“Gömrük açılışı zamanı Respublika Baytarlıq Laboratoriyasının əməkdaşları həmin ətlərdən nümunələr götürüblər. Götürülmüş nümunələr 17 istiqamətdə yoxlanılıb. Ətlərin tələblərə uyğun olduğu müəyyənləşib”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi