Modern.az

Hansı politoloqa inanırsınız? - SORĞU

Hansı politoloqa inanırsınız? - SORĞU

28 Fevral 2017, 13:56

Siyasi proseslərin təhlili,siyasi davranışların şərhi, siyasi problemlərin proqnozları haqda düşünərkən öncə politoloqlar yada düşür. Yaşadığımız qarmaqarışıq dünyanın siyasi mənzərəsinin təsvirini bir də politoloqların dilindən eşitmək istəyirik.

Azərbaycan mətbuatının cəmiyyətə tanınmış politoloq kimi təqdim etdiyi simaların sırası elə də geniş deyil. Ancaq bu gün televiziya ekranlarında, radio efirlərində, çap və elektron kütləvi-informasiya vasitələrində siyasi davranışlarla bağlı müxtəlif proqnozlar verən, siyasi hadisələrə dair təhlil və şərhlərlə çıxış edən həmin politoloqlara münasibət də birmənalı deyil. Onlara inananlar da var, inanmayanlar da....

Onlar öz arqumentləri, təhlil və şərhləri ilə nə qədər inam qazanıblar...

Modern.az saytının növbəti sorğusu politoloqlarla bağlıdır - “Hansı politoloqun proqnozlarına inanırsınız?”.

Sorğumuza cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan ağağıdakı paneldə siyahıya baxıb, səs versinlər... Siyahıda aşağıdakı adlar var:

 

Eldar Namazov
Elxan Şahinoğlu
Qabil Hüseynli
Mübariz Əhmədoğlu
Tofiq Zülfüqarov
Zərdüşt Əlizadə
Elman Nəsirov
Rasim Ağayev
Fikrət Sadıqov
Rasim Musabəyov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir