Modern.az

TRT1 sabahdan Azərbaycanda rəqəmsal yayıma başlayacaq  

TRT1 sabahdan Azərbaycanda rəqəmsal yayıma başlayacaq  

Aktual

28 Fevral 2017, 15:02

Türkiyənin TRT1 televiziya kanalının Azərbaycanda rəqəmsal yayımı mart ayının 1-dən etibarən başlayacaq.

 

Modern.az xəbər verir ki,  bu barədə Türkiyə Respublikası Başnazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Facebook hesabında məlumat verilib:

“Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən TRT1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq. 2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT1 televiziya kanalı 1 mart 2017-ci ildən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısının qarşısına çıxacaq”.

 

Qeyd edək ki, Azərbaycanda kifayət qədər tamaşaçısı olan TRT1 televiziya kanalı, 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir.

 

Qafar Ağayev

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür